Paşinyan “total müharibə”yə çalışır… – Politoloqbackend

Paşinyan “total müharibə”yə çalışır... - Politoloq

Qarabağ münaqişəsinin həllinin diplomatik variantını rədd edən Nikol Paşinyan Azərbaycana qarşı “könüllülər” hazırlayır. O, döyüşmək üçün hərbdən anlayışı olmayan insanları ən son texnika ilə təchiz olunmuş, yaxşı təlim keçmiş Azərbaycanın nizami ordusunun önünə atır. Ermənistan rəhbərliyi canlı qalxan kimi insanların arxasında gizlənir və öz vətəndaşlarının kütləvi məhvi mənzərəsini yaratmağa və bunu növbəti “soyqırım” olaraq təqdim etməyə ümid edir.

KONKRET.az xəbər verir ki, bu sözləri “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, bu, Ermənistan rəhbərliyinin hərbi-siyasi məsuliyyət daşıdığı münaqişədir:

“Hesablama dünya birliyinin reaksiyasına və Azərbaycana olunacaq sonrakı təzyiqlərə yönəldilir. Paşinyanın əməlləri onun ordu və siyasi vəziyyət üzərində nəzarəti itirdiyini, “total müharibə” vəziyyəti yaratmağa çalışdığını göstərir. Belə bir vəziyyət onun yürütdüyü siyasətdən və daxili siyasi gərginlikdən əhalinin narazılığının artmasını qaçılmaz edir.

Bununla yanaşı, Ermənistan ordusunda hərbçilərin fəaliyyətində koordinasiyanın itirilməsi, texniki və ərzaq təminatında ciddi problemlər müşahidə olunur. Ermənistanın özündə yaralıların sayının və koronavirusa yoluxmanın artması ilə əlaqədar səhiyyə sisteminə böyük təzyiq var. Eyni zamanda, çarpayıların sayı koronavirus və müharibədən əvvəlki dövrlə müqayisədə artmayıb. Ölkə nə hərbi, nə siyasi, nə də iqtisadi cəhətdən müharibəyə hazırdır. Müharibənin hər günü onun sonunu yaxınlaşdırır…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*