Paşinyanın arvadının bu hərəkəti Ermənistanı qarışdırdıbackend

Paşinyanın arvadının bu hərəkəti Ermənistanı qarışdırdı

“Nikol Paşinyan hakimiyyətə gəldikdən sonr, təhsilsiz vətəndaşlarla işləməyə üstünlük verdi. Və Ermənistanın siyasi həyatına saxta şeylər gətirdi. Paşinyan hökumətinin tətbiq etdiyi prinsiplərə sadiq qalan hökumət təmsilçiləri siyasətçilərin və ictimai xadimlərin özlərinin və ailə üzvlərinin şəxsi həyatlarına müdaxilə  edirlər. Bu saxtakarlardan biri də Reqina Prazyandır. O, müxalifətçiləri  təqib edir və lazım gəldikcə onların saxta profilini hazırlayır. Reqina Prazyanın saxta profilləri üçün səlahiyyətlilər tərəfindən o qədər sifariş var ki, onları çatdırmaq üçün Paşinyanı dəstəkləyən bir neçə nəşrin əməkaşları da bu işə cəlb edilib. Bir neçə aydır saxta profil məsələsinə İctimai Şuranın sədri Styopa Safaryanın rəhbərlik etdiyi barədə şayiələr gəzir. Lakin sonradan Safaryanın bu işlə heç bir əlaqəsi olmadığını öyrəndik”.

KONKRET.az “Politik.am” istinadən xəbər verir ki, saxta profillərin hazırlanması məsələsi hazırda Ermənistan gündəmini məşğul edən əsas məsələlərdən biridir.

Nəşrin məlumatına  görə, “Regina Prazyanın saxta səhifəsinə Milli Məclisin iqtidaryönlü vəkili Arpi Davoyan rəhbərlik edir. Bütün materialları o göndərir və şərhlərə cavab verir. Lakin mətnlərin məzmununa görə əsas cavabdeh şəxs başqasıdır. Hökumət mənbələrimizə görə, səhifədə yayımlanan mətnlərin məzmununun müəllifi Baş nazirin arvadı Anna Akopyandır. Bu məlumatlarla bağlı Arpi Davoyan və Anna Akopyandan şərh almağa çalışdıq. Lakin nə Arpi Davoyanın, nə də ki Anna Akopyanın ofisi ilə əlaqə qura bilmədik. Məsələ ilə bağlı onların Facebook səhifələrindən və elektron poçtlarından şərh almağa çalışdıq, lakin bu günə qədər tələbimiz cavabsız qalıb”.

Surxay,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*