Paşinyanın daha bir yalanı: Xalqını belə aldadırmış – STATİSTİKAbackend

Paşinyanın daha bir yalanı: Xalqını belə aldadırmış - STATİSTİKA

2017-ci ildən bu yana Ermənistanda vətəndaşlıqdan imtina edənlərin sayında sürətli artım müşahidə edilir.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan polisinin rəhbəri Vaqe Kazaryan bildirib ki, son iki il yarım müddətində Ermənistanda vətəndaşlıqdan imtina ilə bağlı 16 894 nəfər müvafiq orqanlara müraciət edib.

2017-2020-ci illərdə ümumilikdə 22 277 nəfər vətəndaşlıqdan imtina üçün dövlət qurumlarına müraciət edib. Onlardan 6 576 nəfəri 2018-ci ildə, 7 138 nəfəri 2019-cu ildə, 3 313 nəfəri isə 2020-ci ildə yazılı şəkildə ölkənin vətəndaşı olmaq istəmədiyini açıqlayıb.

Ermənistan vətəndaşlığından çıxmaq istəyənlərin ümumi sayı 4 165 nəfər təşkil edir.  Bu isə vətəndaşlıq almaq istəyənlərin sayından 23 faiz çoxdur.

“News.am” agentliyi həmin göstəricilərlə bağlı bunları qeyd edir:

“Nikol Paşinyan və onun komandasının üzvlərinin heç vaxt bu göstəricilər barədə danışmamaları diqət çəkir. “Məxməri inqilab”ın lideri son iki il yarım müddət ərzində vətəndaşların Ermənistana “görünməmiş axını” barədə müxtəlif göstəriciləri açıqlayıb. Rəqəmlər göstərir ki, Ermənistana gələnlərin çox az hissəsi vətəndaşlıq almaq üçün müraciət edir, eyni zamanda on minlərlə insan Ermənistan vətəndaşlığından imtina edib”.

  • نوره المحمد
    Noyabr 18, 2020 - 20:32

    جزاك الله خيرا اخى على الموضوع الجميل
    نفعنا الله واياك بكل خير ونفع بنا العباد

    تصميم خيام
    https://www.kiam.ml/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*