backend

Paşinyanın həyat yoldaşına məxsus fondun icraçı direktoru istefa verdi

Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akobyan tərəfindən qurulan “Mənim addımım” xeyriyyə fondunun icraçı direktoru Hovanes Qəzaryan istefa verib.

KONKRET.az xəbər verir ki, Qəzaryan bu barədə özünün facebook səhifəsində yazıb.

Qəzaryan vəzifəsindən ayrılmaq qərarını ölkədəki mövcud vəziyyətə görə, həm də daşıdığı statusun hazırda Ermənistanda baş verən siyasi proseslərlə ziddiyyət təşkil etdiyinə görə verib.

Xatırladaq ki, “Mənim addımım” xeyriyyə fondu 2018-ci ilin iyul ayında Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akobyan tərəfindən yaradılıb.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*