Paşinyanın Şuşa ilə bağlı bu sualı CAVABLAMADIbackend

Paşinyanın Şuşa ilə bağlı bu sualı CAVABLAMADI

Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan Yerablur hərbi panteonunu ziyarət edib.

KONKRET.az xəbər verir ki, o, burada Aprel döyüşləri zamanı Azərbaycan Ordusu tərəfindən məhv edilən erməniləri yad edib.

Bu zaman jurnalistlərdən biri ondan Şuşanın Azərbaycan şəhəri hesab edib-etmədiyini soruşub.

N.Paşinyan isə sualı cavabsız qoyaraq daha sonra xatırladılmasını istəyib.

Hökumət başçısı jurnalistə əgər sualı yazılı şəkildə təqdim edərsə, canlı olaraq cavablandıracağına dair söz verib.

Bununla yanaşı, N.Paşinyan jurnalistin məhbuslarla bağlı sualını da cavabsız qoyub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*