Paşoyandan ETİRAF: “Ermənistan ölü bir geosiyasi xiyabanı xatırladır və bundan başqa bir şey deyil”backend

Paşoyandan ETİRAF: “Ermənistan ölü bir geosiyasi xiyabanı xatırladır və bundan başqa bir şey deyil”

“Səhərdən-axşama qədər özünün etdiklərini unudub Koçaryanın sərvətlərindən və  Serj Sarkisyanın “Baden -Baden” macaralarından danışır. Bu şəxsə xatırlatmaq lazımdır ki, Koçaryan və Sarkisyan nə etsələr də, hətta ən qatı cinayətlərə əl atsalar da, Ermənistan Respublikası onların vaxtında hələ də mövcud idi”.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Jurnalist Karpis Paşoyan səsləndirib. O daha sonra fikirlərini belə davam etdirib: “Bu şəxsə başa salmaq lazımdır ki, Koçaryan və Sarkisyanın etdiyi səhvləri düzəltmək mümkün ola bilər, bəs o özü Ermənistan dövlətinə dağıdıcı zərbə vurduğunu bilirmi?. Yaxın gələcəkdə Ermənistanın 26 sentyabr 2020 -ci il qədərki, yəni müharibədən öncəki statusunu bərpa etmək şansı yoxdur.  Hazırda rəsmi varlığı baxımından Ermənistan ölü bir geosiyasi xiyabanı xatırladır və bundan başqa bir şey deyil” – Paşoyan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*