“Past”: “Müharibənin qurtarmasından 18 gün keçsə də, quldur məmurlar ehtiyatını üzə çıxarmırlar”backend

"Past": "Müharibənin qurtarmasından 18 gün keçsə də, quldur məmurlar ehtiyatını üzə çıxarmırlar"

Məlum olduğu kimi bir neçə gün əvvəl “Mənim addımım” fraksiyasının israrlı səyləri sayəsində hərbi vəziyyətin ləğvi haqqında qanun layihəsi qəbul edilmədi. Bütün müxalifət qüvvələri əmindir ki, bu, yalnız siyasi məqsədlərlə, etiraz aksiyalarını, mitinqləri yatırmaq, müxalifətçiləri həbs etmək və təqib etmək üçün edilir.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb. Nəşr qeyd edir ki, “Ancaq bütün bunlarda olduqca diqqət çəkən bir məqam var. Müharibə bitdikdən 18 gün sonra da səlahiyyətlilər batan ölkənin xilası üçün gizlətdikləri milyonları üzə çıxarmaq əvəzinə “günahkarlar” axtarışındadırlar. Əldə etdiyimiz məlumata görə, səlahiyyətlilərin ehtiyatlarını xərcləməmələrinin bir neçə səbəbi var.

Birincisi, indiki gərgin dövrdə bu insanlar bütün həqiqətlərin üzə çıxmasından və Nikol Paşinyanın onları nüfuzdan salmaq cəhdlərindən qorxurlar.

İkincisi, Bu adamlar Paşinyanın getdikcə nüfuzunun itirməsi səbəbilə tezliklə onun istefaya gedəcəyindən ehtiyatlanır.

Bu səbəbdən səlahiyyətlilər insanları “girov” saxlamağı və siyasi proseslərə qatılmalarının qarşısını almaq üçün ehtiyat qaynaqlarını bir növ siyasi alətə çeviriblər”.

Surxay Atakişiyev,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*