Rus Pravoslav Kilsəsi rəhbərinin sözlərinə görə, bölgədə nəhayət sülhün hökm sürəcəyinə ümid bəsləyir. Bu, Azərbaycanın dini qurumlarının və Ermənistanın kilsəsinin tutduğu mövqedən irəli gəlir. Rus Pravoslav Kilsəsinin əvvəllər Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin və Bütün Ermənilərin Katolikosları II Qareginin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin müzakirəsinə təşəbbüs göstərdiyini, nəticədə çox şeyin razılaşdırıldığını, bir neçə mərhələ danışıqlar aparıldığını xatırladıb.
KONKRET.az xəbər verir ki, bu fikirləri Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill, Rusiya telekanallarına ənənəvi Milad müsahibəsində səsləndirib.
Patriarx Kirill əlavə edib ki, bu cür danışıqlar zamanı tərəflər əsir mübadiləsi, dini rəmzlərdən istifadə və motivasiya məsələsində konkret nəticələr əldə etdilər ki, bu da dini amili bu sahədən kənarlaşdırmaq demək idi və nəticədə mümkün qarşıdurma dərəcəsi xeyli azaldıldı. “Allah dinlərin barışıq potensialını tərəfləri parçalayan silahlı insanların varlığı ilə əvəz etməsini nəsib etsin”, – deyə dini lider fikrini yekunlaşdırıb.
KONKRET.az
