Paytaxt əhalisi 8 ayda 13141,4 milyon manat xərcləyibbackend

Paytaxt əhalisi 8 ayda 13141,4 milyon manat xərcləyib

2019-cu ilin yanvar-avqust aylarında ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 3,2 faiz artaraq 13141,4 milyon manat olub.

KONKRET.AZ bildirir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsindən verilən məlumatda bildirilib.

Rəsmi məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artaraq 5918,1 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,0 faiz artaraq 7223,3 milyon manata bərabər olub.

Həmçinin istehlak məhsullarının 28,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 45,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 26,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*