Paytaxtda qanunsuz parklanmanın qarşısı alındı – RƏSMİ / VİDEObackend

Paytaxtda qanunsuz parklanmanın qarşısı alındı - RƏSMİ / VİDEO

“Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi əməkdaşlarının şəhərsalma nəzarəti qaydasında həyata keçirdiyi monitorinq nəticəsində Bakı şəhəri, Yasamal rayonu Şərifzadə küçəsi 255 ünvanında piyadalar üçün nəzərdə tutulmuş səkidə qeyri-qanuni parklanma yerinin yaradılması faktı aşkar edilib”.

KONKRET.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi MacDonald’s restoranlar şəbəkəsinin şəhərin mərkəzində səki sahəsini zəbt etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib.

Əlavə edib ki, “Baş İdarənin çevik reaksiyası nəticəsində aidiyyəti orqanlarla birlikdə pozuntunun aradan qaldırılması və səkinin şəhərsalma standartlarına uyğun bərpası istiqamətində tədbirlər həyata keçirilib. Hazırda Baş İdarənin nəzarəti altında səkinin yenidən piyadaların istifadəsinə verilməsi istiqamətində işlər davam edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*