Avstraliyadan olan pedofil nəhayət günahını etiraf edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, o indiyə qədər 307 cinayət törədib.
45 yaşlı pedofil hələ iki il bundan qabaq yayda həbs edilsə də, günahını etiraf etmirdi. Qold-Kosta şəhərində yaşayan şəxs 1400 cinayətdə ittiham olunur. Onun telefonunda bəzi detallar aşkarlansa da, cinayət materialları tam sübuta yetirilməmişdi. O, uşaqların zorlanması ittihamında özünü təqsirli bildiyi üçün bütün materiallar yenidən nəzərdən keçirilib.
Məlum olub ki, pedofil 28 uşağı zorlayıb. 67 azyaşlıya əxlaqsız təkliflər edib.
Bütün cinayətləri sübut olunduğu təqdirdə onu ömürlük həbs cəzası gözləyir.
Günel Mikayılova,
KONKRET.az