Pelosi ilə görüşdən sonra Alen Simonyanın verdiyi bəyanat erməniləri “YANDIRIB-TÖKDÜ”backend

Pelosi ilə görüşdən sonra Alen Simonyanın verdiyi bəyanat erməniləri "YANDIRIB-TÖKDÜ"

Nensi Pelosi ilə görüşdən sonra Alen Simonyanın verdiyi bəyanat erməniləri qəzəbləndirib. Spikerin bəyanatında Qarabağ haqqında bir kəlmə belə olmayıb.

KONKRET.az xəbər verir ki, Alen Simonyan ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə görüşdən sonra Qarabağ, “probleminin həlli, əhalisinin təhlükəsizliyi və statusu” haqqında bir kəlmə də olmayan bəyanat verib. Bu da ermənilərin daha da “alovlanmasına” səbəb olub.

Alen Simonyanın erməniləri yandırıb-tökən bəyanatını təqdim edirik:

“Bir az əvvəl ABŞ Nümayəndələr Palatasının sədri xanım Pelosi ilə görüşümüz başa çatdı. Biz regional məsələləri və ikitərəfli əməkdaşlığın geniş spektrini müzakirə etdik.

Bu çətin dövrdə bizim üçün ən çətin və həssas məsələlərdə dəstəyini həmişə hiss etdiyimiz xanım Pelosinin Ermənistana səfəri son dərəcə əhəmiyyətlidir.

Görüş zamanı Azərbaycanın sentyabrın 13-də Ermənistanın suveren ərazisinə hərbi təcavüzündən danışdıq.

Aydındır ki, Azərbaycanın hərbi-siyasi gücü beynəlxalq ictimaiyyətin diqqətinin Ukraynaya yönəlməsindən istifadə edir.

Biz ABŞ-a minnətdarıq, onun vasitəçiliyi ilə 14 sentyabrda kövrək atəşkəs razılaşması əldə olunub. Biz həmçinin ABŞ hökumətinə, xüsusən də bir çox konqresmenlərə Azərbaycanın hərbi hərəkətlərini məqsədyönlü şəkildə qiymətləndirdiklərinə görə minnətdarıq.

Söhbət zamanı Ermənistan-Amerika parlamentlərarası əlaqələrinin inkişafına toxunuldu, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olundu.

ABŞ Konqresi birmənalı şəkildə özünü etibarlı tərəfdaş və Ermənistan, Qarabağ və erməni xalqı ilə bağlı bir çox məsələlərin qarşılıqlı anlaşma və əsl dostluq mühitində müzakirə oluna biləcəyi mühüm platforma kimi sübut etdi.

Biz regional problemləri, eləcə də ikitərəfli əməkdaşlığın digər məsələlərini müzakirə etdik.

Demokratik dəyərlərə yönəlmiş birgə gündəliyin daim genişləndirilməsinin zəruriliyi qarşılıqlı olaraq vurğulandı”.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*