ABŞ-ın Müdafiə Nazirliyində (Pentaqon) Azərbaycanla Ermənistan arasında toqquşmaların yaratdığı “qeyri-sabit vəziyyət”i diqqətlə izləyirlər.
KONKRET.az bildirir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Tomas Kempbell “Anadolu” agentliyinə bildirib.
“Biz həm Azərbaycana, həm də Ermənistana bütün yardımlarımızı diqqətlə strukturlaşdırmışıq ki, bu, heç bir halda iki ölkə arasındakı münaqişə ilə bağlı olmayacaq”, – deyə Kempbell qeyd edib.
O əlavə edib ki, Pentaqon zorakılığı pisləyir və həlak olanların və yaralananların ailələrinə başsağlığı verir.
“Birləşmiş Ştatlar tərəfləri danışıqlara mümkün qədər tez qayıtmaq üçün hərbi əməliyyatları dərhal dayandırmağa və Minsk Qrupunun həmsədrləri ilə işləməyə çağırır”, – nazirliyin nümayəndəsi deyib.qafqazinfo
