Pərviz Vəliyevə vəzifə verildi – FOTObackend

Pərviz Vəliyevə vəzifə verildi - FOTO

“Kristal Şirkətlər Qrupu” ASC-nin fəaliyyətinə ümumi rəhbərliyin və nəzarətin təmin edilməsi məqsədilə ümumi yığıncaqda müşahidə şurası və şurasının yaradılması qərara alınıb. “Azəraqrartikinti” ASC-nin sədr müavini Pərviz Vəliyev Müşahidə Şurasının sədri seçilib.

KONKRET.az xəbər verir ki, ümumilikdə Müşahidə Şurasına üç nəfər daxil olub.

Qeyd edək ki, Pərviz Vəliyev 1982-ci ildə anadan olub, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsini və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. İqtisadiyyat üzrə fəlsəfə doktorudur. Uzun illər Maliyyə Nazirliyinin və Hesablama Palatasının strukturlarında müxtəlif məsul vəzifələrdə çalışıb. 2015-ci ildə “PZ Group of Companies” MMC-nin prezidenti, 2018-ci ildə isə “Azəraqrartikinti” ASC-nin sədr müavini təyin edilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*