Peskov Paşinyanın sülhməramlıların fəaliyyəti ilə bağlı bəyanatını ŞƏRH ETDİbackend

Peskov Paşinyanın sülhməramlıların fəaliyyəti ilə bağlı bəyanatını ŞƏRH ETDİ

Peskov Paşinyanın bəyanatına cavab verib.

KONKRET.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağdakı sülhməramlıların fəaliyyəti ilə bağlı bəyanatını şərh edib. O, bu barədə jurnalistlərin sorğusuna cavab olaraq bildirib.

“Başlanğıc nöqtəsi olan üçtərəfli sənədlər var. Əsas odur ki, onları – tərəflərin bu sənədlər üzrə götürdükləri öhdəlikləri yerinə yetirək.

Suallar varsa, təbii ki, onlara cavab verilməlidir. Lakin eyni zamanda, erməni tərəfi ilə müxtəlif səviyyələrdə mövcud olan sıx təmaslar bizim də suallarımıza aydınlıq gətirməyə kömək edəcək”, – deyə Peskov əlavə edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*