Peskov: “Putin heç vaxt hərbi cinayətlərə görə mühakimə olunmayacaq”backend

Peskov: "Putin heç vaxt hərbi cinayətlərə görə mühakimə olunmayacaq"

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Sky News” telekanalına müsahibə verib.

KONKRET.az Rusiya mətbuatına istinadən bildirir ki, o, Vladimir Putinin hərbi cinayətlərə görə mühakimə olunma şansının olmadığını deyib.

“Xeyr, biz bunun heç bir ehtimalını görmürük” – deyə Peskov “Putin müharibə cinayətləri məhkəməsinə çıxarılacağından narahatdır?” sualına cavabında bildirib.

Peskov həmçinin qeyd edib ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya Silahlı Qüvvələri yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*