Peskov: Putinin İsraildə Zelenski ilə görüşü baş tutmadıbackend

Peskov: Putinin İsraildə Zelenski ilə görüşü baş tutmadı

Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenskinin İsraildə görüşü baş tutmayıb.

KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, Ukrayna lideri foruma gəlməyib. Bu məlumatı TASS agentliyinə yanvarın 23-də Putinin mətbuat katibi Dmitri Peskov verib:

“Zelenski yox idi. Təəssüf ki, foruma gəlişini ləğv etdi”.

Peskov bu sözləri Qüdsdə iki ölkə liderlərinin qısa bir görüşünün olub-olmadığı sualına cavab verərkən deyib. Bir gün əvvəl İsraildə Rusiya prezidenti Vladimir Putinlə Zelenskinin görüşü ola biləcəyi anonsu verilmişdi. O zaman Kremldə qeyd etmişdilər ki, Rusiya liderinin cədvəli çox sıxdır və uzun sürən görüş nəzərdə tutulmayıb:

“Ola bilsin ki, söhbət “ayaq üstə” olsun”.

Lakin bu gün Ukrayna Prezidenti Holokost Forumuna getməyəcəyini bildirib. Onun sözlərinə görə, foruma çox böyük maraq olduğundan yerlərin sayı məhduddur, ona görə də o, öz yerini faciəni yaşayanlara verib. Tədbirin təşkilatçıları Zelenskinin qərarını tənqid ediblər.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*