Azərbaycanda son sutkada 555 nəfər vaksinasiya olunub.
KONKRET.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 144, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 122, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 246, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 43 nəfərdir.
