Pike Şakiraya xəyanət etdiyi qadından ayrıldıbackend

Pike Şakiraya xəyanət etdiyi qadından ayrıldı

“Barselona”nın müdafiəçisi Jerar Pike Şakiranı aldatdığı qadından ayrılıb.

Bu barədə KONKRET.az “Marca”ya istinadən xəbər verir.

Nəşrin iddiasına görə, 35 yaşlı oyunçu məşhur müğənni ilə ayrılmasına səbəb olan ofisiant qadınla münasibətinə son qoyub. O, keçmiş sevgilisi ilə münasibətləri yaxşılaşdırmaq üçün bu addımı atıb.

Şakira xəyanətə görə Pikedən ayrıldıqdan sonra oğulları Milan və Saşa ilə birlikdə ABŞ-a köçməyə hazırlaşır. Müğənni və vəkilləri övladlarının tam qəyyumluğunun ona verilməsi tələbi ilə məhkəməyə müraciət etməyi planlaşdırır.

Qeyd edək ki, Şakira və Jerar Pike 12 illik münasibətdən sonra ötən ay ayrılıblar. Onlar rəsmi evlənməmişdi.“Qafqazinfo”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*