“Kadırov çox gözəl başa düşür ki, Putin getsə, təhlükəsizlik qüvvələri onu sadəcə məhv edəcək”.
KONKRET.az xəbər verir ki, bu barədə rusiyalı publisist Andrey Piontkovski “FREEDOM” telekanalının efirində danışıb.
Rusiya Prezidenti Vladimir Putinin Çeçenistan lideri Ramzan Kadırovla “çox özünəməxsus münasibəti” var.
“Kadırovla bu hadisə çox qarışıqdır. Bu, artıq batan “rus gəmisi” haqqında düşünməyə başlayan ən kök siçovuldur… Kadırov Çeçenistanı Rusiyanın bir hissəsi kimi təqdim edir, buna görə Rusiya Federasiyası ona böyük xərac verir. Və o bilir ki, bu, şəxsən Putinlə münasibət deməkdir”.
Piontkovski əlavə edib ki, Putin Çeçenistanla müharibədə praktiki olaraq məğlub oldu. O, hakimiyyəti tamamilə Kadırova ötürmək və ona yüksən məbləğdə pul verməklə dayandı.
Publisistin sözlərinə görə, təhlükəsizlik qüvvələri Kadırova nifrət edir:
“Mən bunu sizə dəqiq deyirəm… Kadırov çox gözəl başa düşür ki, Putin getsə, təhlükəsizlik qüvvələri onu sadəcə məhv edəcək”.
Xatırladaq ki, bu günlərdə Kadırov istefa verəcəyi ilə bağlı video müraciət etmişdi. Rusiyadan milyarderlərin, oliqarxların kütləvi qaçışından sonra Kadırovun da astaca aradan çıxmaq istəyini Putin ürəyində qoydu.
Hansı nailiyyətlərinə görə general rütbəsi verdiyi məlum olmasa da, Putin onun “gəmidən qaçma” planının qarşısını aldı və bir gün sonra Kadırov istefa xəbərini təkzib etdi.
Xuraman Etibarlı,
KONKRET.az
