Pirşağıda 40 yaşlı kişini avtomobil vurdubackend

Pirşağıda 40 yaşlı kişini avtomobil vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Pirşağı qəsəbəsində yolu keçən 1982-ci il təvəllüdlü Mursəlov Əsgər Tanrıverdi oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*