PKK lideri Cəmil Bayık terroçulara göstəriş verdibackend

PKK lideri Cəmil Bayık terroçulara göstəriş verdi

Türkiyə və ABŞ arasında rəsmi Ankaranın Suriyada hərbi əməliyyatları müvəqqəti dayandırmasına dair razılaşmaya baxmayaraq, PKK-YPG terror qruplaşması bölgəni hələ ki tərk etməyib.

KONKRET.AZ Türkiyə KİV-inə istinadən bildirir ki, verilən 120 saatlıq vaxtdan axıra qədər istifadə etmək istəyən PKK-YPG təhlükəsizlik bölgəsindən hələlik yalnız yaralı terrorçuları çıxarıb.

Eyni zamanda, məlum olub ki, PKK lideri Cəmil Bayık kəskin şəkildə sözügedən prosesə öz etirazını bildirib. Belə ki, Bayık PKK-YPG qruplaşmasına bölgəni tərk etməməklə bağlı göstəriş verib.

“Suriyanın şimal-şərqində yaşayan xalqlar sözügedən hücumlara qarşı əzm göstərməli və torpağını tərk etməməlidir”, – deyə PKK lideri bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*