PKK terrorçularının xain planının üstü açıldıbackend

PKK terrorçularının xain planının üstü açıldı

PKK terrorçularının baza bölgələrinə hücum məqsədilə istifadə olunan paramotorları ələ keçirilib.

KONKRET.AZ xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi daxili və sərhədyanı əməliyyatlarla bağlı mətbuat üçün brifinq keçirib və son hadisələri paylaşıb.

Qurumun sözcüsü Nadidə Şəbnəm Aktop Türkiyənin terrorçularla əzm və qətiyyətlə mübarizə apardığını deyib: “Vətəndaşlarımızın dincliyini və təhlükəsizliyini hədəf alan FETO, PKK, YPG və İŞİD terror təşkilatları ilə mübarizəmiz davam edəcək. Ələ keçirilən materiallar arasında baza bölgələrinə hücum üçün istifadə edilən paramotorlar da var. Əməliyyat zamanı böyük bir mağaranın diş müalicəsi və tibbi dəstək üçün qurulduğu da aşkar edilib. Radio, kamera, televiziya, UPS, batareya və günəş panelləri ələ keçirilib. Ardından Hakurk bölgəsində terror təşkilatının əhəmiyyətli maddi-texniki bazaları aşkarlanıb və təşkilatın hərəkət qabiliyyəti təsirsiz hala gətirilib”.

Nadidə Şəbnəm “Aktop Pənçə” əməliyyatlarında bu günə qədər 170 terrorçunun öldürüldüğünü, 350 mina və kustar üsulla hazırlanan partlayıcıların məhv edildiyini deyib: “Qış mövsümünün gəlməsilə əlaqədar terrorçular yerin altında gizlənirlər. Bu aylarda terrorçuların Hakurku seçməsinin səbəbi bölgədə qışın yumşaq keçməsidir. Həmçinin bəzi qaynaqlardan daxil olan məlumata görə qış aylarında baza bölgələrinə və Hakurka hücumlar planlaşdırılır”.

Türkiyəli rəsmi terrorçulara qarşı əməliyyatların qış aylarında da fasiləsiz davam etməsi üçün müvafiq tədbrilər gördüklərini dilə gətirib.

Hazırladı: Günel MÜSEYİB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*