Polis “İkoş” ləqəbli qadın narkotaciri tutdu – FOTObackend

Polis “İkoş” ləqəbli qadın narkotaciri tutdu - FOTO

Abşeron rayonunda “İkoş” ləqəbli qadın narkotacir tutulub.

KONKRET.AZ xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.

Belə ki, Mehdiabad Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı 1996-cı il təvəllüdlü İlkanə Nəbiyeva isti izlərlə tutularaq məsuliyyətə cəlb olunub. Onun yaşadığı Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 10, mənzil 12-yə baxış keçirilən zaman, oradan küllü miqdarda xüsusi bükümdə olan 5 qram heroin, 2 qram metodin kristal, bir ədəd tərəzi və digər narkotik maddələr tapılaraq aktlaşdırılıb. İlkanə Nəbiyeva bütün maddi sübutlarla polis bölməsinə gətirilib. O, bu işlə iki ildir məşğul olduğunu və 8 aydır heroin satdığını bildirib.

Onun məhkumluğunun olmadığı və cinayət əməlinə qardaşına görə qurşandığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*