Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) yeni təyin edilmiş rəisi Həmid Həsənovun təşəbbüsü ilə rayondakı aztəminatlı ailələrə yardım edilib
Rayonda yaşayan, maddi cəhətdən imkanı zəif olan və köməyə ehtiyac duyan hər bir sakin şöbə rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov tərəfindən qəbul edilib, onları narahat edən məsələlərin həll olunması üçün müvafiq tədbirlər görülüb. Onlar arasında aztəminatlı ailələrdən olan rayonun Çarxı kənd sakini, 67 yaşlı Natiq Əskərovun və əlillik həyatı yaşayan 29 yaşlı Eltac Uzdanovun adlarını çəkmək olar. RPŞ tərəfindən hər iki şəxsin problemləri qısa zamanda həll olunub, eləcə də ailələrinə mütəmadi olaraq daxili imkanlar hesabına köməklik göstərilməsi nəzərdə tutulub. Rayon sakinləri şöbə tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə, Xaçmaz RPŞ-nin rəisinə və bütün polis əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.
Cəlal Fərzəliyev

