“Bir çox ölkələr illərdir Smolenskdə baş verən həqiqətlərdən xəbərdardırlar. Ancaq o vaxtkı Polşa hökuməti həqiqəti ört-basdır etmək yoluna əl atıb və Rusiya ilə qorxulu kompromis əldə edib ”.
KONKRET.az Anadolu-ya istnadən xəbər verir ki, bunu Polşa baş nazirinin müavini Yaroslav Kaçinski Polşanın “Sieci” jurnalına açıqlamasında bildirib.
Kaçinski, iddia edib ki, “Mən Smolenskin hücum olduğuna şübhə etmirəm. Bu qərarı Kreml qəbul edib”.
Qeyd edək ki, 2010-cu il aprelin 10-da Polşa Prezidenti Lex Kaçinski və həyat yoldaşı da daxil olmaqla 96 nəfəri daşıyan “Tupolev-154” təyyarəsi Rusiyanın Smolensk hava limanına eniş edərkən meşəlik əraziyə düşüb.
İqbal Rzayev,
KONKRET.az
