Polşa prezidenti Macarıstanı TƏNQİD ETDİ: “Bu ona baha başa gələcək”backend

Polşa prezidenti Macarıstanı TƏNQİD ETDİ: "Bu ona baha başa gələcək"

Polşa prezidenti Anjey Duda Macarıstanı Rusiyaya qarşı sanksiyalarla bağlı mövqeyinə görə tənqid edib.

KONKRET.az-ın məlumatına görə, o, bildirib ki, Macarıstanın Rusiya əleyhinə sanksiyalarla bağlı mövqeyi ona baha başa gələcək.

“Budapeştin Ukraynadakı münaqişəyə qarışmaq istəməməsini başa düşmürəm. Bu müharibə insan itkiləri, o cümlədən mülki əhali arasında itkilərlə müşayiət olunur” – deyə Polşa prezidenti əlavə edib.

Qeyd edək ki, martın 25-də Macarıstanın baş naziri Viktor Orban Rusiyaya qarşı sanksiyalar əleyhinə çıxış edib. O bidlrib ki, ölkəsinə qazın 85 faizi və neftin isə 60 faizi Rusiyadan gəlir.

Oxşar bəyanatla Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyatro da çıxış edib. O vurğulayıb ki, ölkəsi Ukraynaya öz ərazisi vasitəsilə silah tədarükünə icazə verməyəcək və Rusiyadan enerji almaqdan imtina etməyəcək,

“Çünki  biz macar xalqının həyatını və təhlükəsizliyini riskə atmaq istəmirik” – deyə Peter Siyatro bildirib.

Günel Mikayıl,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*