Polşa Prezidenti təyyarəsi ilə ukraynalı xərçəng xəstəsi uşaqları İtaliyaya apardıbackend

Polşa Prezidenti təyyarəsi ilə ukraynalı xərçəng xəstəsi uşaqları İtaliyaya apardı

Polşa Prezidenti Andjey Duda xərçəng xəstəliyinə tutulmuş ukraynalı uşaqları şəxsi təyyarəsi ilə İtaliyaya aparıb. Onlar Romadakı xəstəxanaların birində müalicə olunacaqlar.

KONKRET.az xəbər verir ki, bu barədə o, “Facebook” hesabında qeyd edib.

Duda bildirib ki, uşaqlar arasında ən kiçiyi Rusiyanın Ukraynaya hücumundan iki ay əvvəl doğulmuş körpə Viktoriyadır.

Polşa Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan bəri 2 milyondan çox ukraynalı qaçqını qəbul edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*