Polşa ukraynalı qaçqınların yerləşdirilməsi və baxım xərclərinin qarşılanması üçün Avropa İttifaqından 2,2 milyard avro tələb edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu dövlət televiziyasına açıqlamasında daxili işlər nazirinin müavini Blazej Pobozy bildirib.
Açıqlamada Ukraynalılara ölkənin səhiyyə və təhsil sistemlərindən istifadə etmək və əmək bazarına çıxışını asanlaşdırmaq üçün “PESEL” milli şəxsiyyət nömrələri verildiyini qeyd edilib. İndiyə kimi yarım milyona yaxın qaçqına bu nömrələrdən təqdim edilib.
Qeyd edək ki, hazırda Polşada 2,4 milyon ukraynalı qaçqının olduğu bildirilir.
İqbal Rzayev,
KONKRET.az
