Bütün dövrlərdə Vladimir Putinə yalnız bir şey – Rusiya xalqı təhdid yaradıb.
KONKRET.az xəbər verir ki, bunu “Obozrevatel” televiziyasına açıqlamasında rusiyalı müxalif siyasətçi İlya Ponomaryev deyib.
O, təbii proseslərin, vətəndaşların əhval-ruhiyyəsinin və Rusiya prezidentinin öz ətrafının ölkəni dəyişikliklərə gətirib çıxaracağını bildirib:
“Putin də əbədi deyil, fiziki olaraq zəifləyir. Onun ətrafı dəmirdən deyil, o da hər şeydən boğaza yığılır. Onlar da özləri üçün təkcə Rusiya daxilində deyil, dünyada yaşamaq istəyirlər. Bunun üçün isə sanksiyaların götürülməsi və aktiv qarşıdurma sonlandırılmalıdır”.
Ponomaryev bildirib ki, Rusiyada böyük dəyişikliklər etiraz aksiyalarında lazımlı lider ortaya çıxanda baş verəcək.
