Portuqaliyada yanğınları söndürmək olmur – Temperatur 47 dərəcəyə yüksələcəkbackend

Portuqaliyada yanğınları söndürmək olmur - Temperatur 47 dərəcəyə yüksələcək

Bir neçə gündür Portuqaliya 2.500 hektar ərazini bürümüş yanğınlarla mübarizə aparır.

KONKRET.az xəbər verir ki, bu ölkənin rəsmi qurumları yaxın günlər üçün proqnozlaşdırılan hava şəraiti – güclü külək və yüksək temperatur səbəbindən yanğınların daha da güclənə biləcəyini ehtimal edir.

Qarşıdakı günlərdə ölkənin bəzi rayonlarında temperaturun 47 dərəcəyə qədər yüksələcəyi gözlənilir. Havaların quraqlıq keçməsinə görə vəziyyət daha da gərginləşir.

Portuqaliya Dəniz və Atmosfer İnstitutu bazar ertəsi 18 dairədən 8-ində yüksək temperaturlar haqqında narıncı xəbərdarlıq elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*