backend

Prezident ədliyyə və əmək nazirlərini vəzifəsindən azad etdi - SƏRƏNCAM

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Tacikistan Prezidenti Emoməli Rəhmon Baş nazirin müavini Mahmadtoir Zokirzod, Ədliyyə naziri Rüstəm Şoxmurod və Əmək, Miqrasiya və Məşğulluq Nazirliyinin rəhbəri Sumangul Taqoyzodanı vəzifəsindən azad edib. Dövlət başçısı bununla bağlı Sərəncam imzalayıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, G.Cabborzod yeni əmək, miqrasiya və məşğulluq naziri, M.Aşuriyon isə ədliyyə naziri olub.

Vəzifədən azad edilənlər arasında aşağıdakılar da yer alıb:

Tacikistan Respublikasının iqtisadi inkişaf və ticarət nazirinin müavini;

Təhsil və Elm nazirinin birinci müavini;

“Tacikistan Dövlət Turizmzadə adına Mədəniyyət və İncəsənət İnstitutu” Dövlət təhsil müəssisəsinin rektoru;

“Kulob Dövlət Universiteti” Dövlət Təhsil Müəssisəsinin rektoru

Prezidentinin İcra Aparatının Elm və təhsil şöbəsinin müdiri;

Prezident köməkçisi aparatında məsləhətçi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*