Prezident İlham Əliyev Mayıl Əhmədovun 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
KONKRET.AZ-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, Azərbaycanda kitabxana işi sahəsində səmərəli fəaliyyətinə görə Mayıl Hilal oğlu Əhmədov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.
