Prezident Şamaxıya 11,1 milyon manat ayırdı – SƏRƏNCAMbackend

Prezident Şamaxıya 11,1 milyon manat ayırdı - SƏRƏNCAM

Prezident İlham Əliyev Şamaxı rayonunun Bakı-Şamaxı-Yevlax (115 km)-Qonaqkənd-Həmyəli-İkinci Çaylı-İkinci Cabanı-Cabanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb

KONKRET.AZ-ın məlumatına görə, sərəncamla dörd min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Bakı-Şamaxı-Yevlax (115 km)-Qonaqkənd-Həmyəli-İkinci Çaylı-İkinci Cabanı-Cabanı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*