Prezidentə yazırlar: Bu haqq yolunda uğurlarınız bol olsunbackend

Prezidentə yazırlar: Bu haqq yolunda uğurlarınız bol olsun

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə vətəndaşlarımızdan, habelə ölkəmizdən xaricdə yaşayan soydaşlarımızdan çoxsaylı məktublar gəlməyə davam edir.

KONKRET.az  həmin məktubların bir qismini təqdim edir:

Afiq Ağayevdən, Krasnoyarsk, Rusiya

Möhtərəm cənab Prezident,

Mən Füzuli rayonunda anadan olmuşam. Hazırda Rusiya Federasiyasında, Krasnoyarsk şəhərində yaşayıram.

Azad olunan torpaqlara görə Sizə ürəkdən minnətdarlığımı bildirmək istəyir, uzun ömür, cansağlığı, əsgər və zabitlərimizə isə cəsarət və erkən qələbə arzulayıram.

Vətəndən uzaqda olsaq da qəlbimiz xalqımızın və Sizin yanınızdadır.

Qarabağ Azərbaycandır!

Akif Ağatalıbovdan, Daşkənd, Özbəkistan

Müzəffər Ali Baş Komandan,

Siz Azərbaycan Respublikasının Prezidenti olaraq Ermənistanı dəfələrlə təxribatçı hərəkətlərə son qoymağa çağırdınız və hər zaman münaqişənin sülh yolu ilə həllinə çalışdınız.

Pandemiyaya baxmayaraq, 2020-ci ilin 27 sentyabrından Ermənistan BMT-nin atəşkəsə qarşı qlobal çağırışını pozaraq müstəqil Azərbaycan dövlətinə hücum edib və cəbhə boyu yenidən təxribatlar törədib. Ermənistan silahlı qüvvələrinin məqsədi sülh prosesini pozmaq və Azərbaycanı müharibəyə cəlb etmək idi. Özbəkistanda yaşayan soydaşlarımız da Ermənistanın Azərbaycana qarşı bu təcavüzkar siyasətini həmişə pisləyib. Ali Baş Komandan olaraq Sizin qətiyyətli çıxışlarınızdan və qələbəyə doğru atdığınız addımlardan mənəvi güc alırıq. Dağlıq Qarabağın işğaldan azad olunması uğrunda zəfər Qələbənizlə adınız Azərbaycan tarixinə qızıl hərflərlə düşəcək. Bu gün dünya azərbaycanlılarına qələbə daddıran lider olaraq bizə böyük sevinc yaşadırsınız. Dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Sizi özünə lider bilir.

Möhtərəm Prezident,

30 ildən artıq Özbəkistanda yaşayan diaspor rəhbəri olaraq əminliklə bildirirəm ki, soydaşlarımız Sizin daxili və xarici siyasətinizi dəstəkləyirlər. Biz istər Özbəkistan, istərsə də digər Orta Asiya respublikalarında Azərbaycanla bağlı müxtəlif tədbirlər keçirib ölkəmizin həqiqətlərini Orta Asiya respublikalarına çatdırmışıq. Özbəkistanda Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması, azərbaycançılıq ideyasının, milli-mədəni irsimizin təbliği, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı çox mühüm işlər görmüşük. Bu gün də Vətənim Azərbaycan üçün əlimizdən gələni etməyə çalışırıq. Şəxsən mənim 62 yaşım olmasına baxmayaraq, Sizin Ali Baş Komandan olaraq əmrinizlə Qarabağ uğurunda savaşa gedib Vətənimi qorumağa hazıram.

Səfa Ağamaliyevdən, Bakı, Azərbaycan

Müzəffər Ali Baş Komandan.

Sizin rəhbərliyiniz altında Ordumuzun Füzulini, Cəbrayılı, Zəngilanı, Qubadlını və digər torpaqlarımızı erməni faşistlərindən azad etməsi bizə qürur verir. Bu sevincli günləri bizə bəxş etdiyiniz üçün Sizə sonsuz minnətdarlığımı və təşəkkürümü bildirirəm. Bu haqq yolunda uğurlarınız bol olsun. Qarabağ Azərbaycandır!

Şakir Məhərrəmovdan, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident.

Həmişə namərdcəsinə hücum edən ermənilər bu dəfə layiqli cavab aldılar. Sizin dünya səviyyəli siyasətçi kimi illərdən bəri möhkəmləndirdiyiniz ordu, iqtisadiyyat və xalq birliyi bu əks-hücumu Vətən müharibəsinə çevirdi.

Xalqını, ölkəsini çox sevən Prezidentimiz, Siz hamımızın sevimlisisiniz. Layiqli sərkərdəliyiniz sayəsində şanlı Ordumuz işğal altında olan torpaqların xeyli hissəsini azad edib və bu müqəddəs işi davam etdirir.

Əminik ki, qətiyyətiniz və əzminiz sayəsində bütün torpaqlarımız azad olunacaq. Ağdamın da cəbhə xəttində yerləşən kəndlərinin sakinləri bu günləri gözləyir.

Allah Sizi və əsgərlərimizi qorusun!

Kubra Məmmədovadan, Naftalan, Azərbaycan

Əziz Prezidentim, Müzəffər Ali Baş Komandanım,

Mən hər zaman Azərbaycan vətəndaşı olmağımla fəxr etmişəm. İndi bizləri zəfərlərə aparmağınız isə daha çox qürurvericidir. Sizin kimi qəhrəman bir sərkərdənin Prezidentimiz olması ilə fəxr edirik.

Sizin rəhbərliyinizlə müzəffər Ordumuzun son günlər bizlərə yaşatdığı sevinc anlarını sözlə ifadə etmək mümkün deyil. Sizlərin sayəsində tarixi torpaqlarımıza qovuşuruq. Tezliklə bütün Qarabağı düşmən tapdağından azad edəcəyinizə əminik. İnşallah, Azərbaycanın müqəddəs üçrəngli Bayrağı o torpaqlarda əzəmətlə dalğalanacaq.

Allah Sizi və Ordumuzu qorusun!

Səidə Əlizadədən, Göygöl, Azərbaycan

Cənab Prezidentimiz, hörmətli İlham Əliyev!

Xalqımızın bu çətin günlərində bizə verdiyiniz mənəvi gücə görə Sizə təşəkkür edirəm. Ailəmizlə birlikdə səbirsizliklə torpaqlarımızın azad olunma xəbərini Sizdən eşitməyi gözləyirik. Torpaqlarımızın azad olunduğu bu günlərdə keçirdiyimiz fərəh hissi və sevinc göz yaşları əvəzolunmazdır, müqəddəsdir. Bu hissləri bizə yaşatdığınız üçün Sizə çox minnətdarıq. Azərbaycan Respublikası vətəndaşı olaraq demək istəyirəm ki, Sizin siyasətinizi dəstəkləyirik və hər zaman xalq olaraq yanınızdayıq. Allah qüdrətli Ordumuzu və Sizləri qorusun. Allaha əmanət olun cənab Prezident!

Ramiz Ağayevdən, Beyləqan, Azərbaycan

Hörmətli Prezident, müzəffər Ali Baş Komandan!

Mən öz Prezidenti ilə fəxr edən 63 yaşlı dəmiryolçuyam. Qürur duyuram ki, Azərbaycanımızın Sizin kimi Ali Baş Komandanı var.

Uzun illərdir, xalqımızın gecə-gündüz xəyal etdiyi Qarabağ torpaqlarının işğaldan azad edilməsi arzusunu öz cəsarətiniz sayəsində məhz Siz həyata keçirirsiniz. Bu müqəddəs işinizə görə bütün Azərbaycan Sizinlə fəxr edir. Erməni faşistlərindən xalqımızın intiqamını almaqla və tarixi ərazilərimizi qaytarmaqla adınızı tarixə qızıl hərflərlə yazırsınız. Siz Qələbə gününü xalqımıza elan edən günə Allah yolunda qurban demişəm.

Allah Sizə ömür versin və müzəffər Ordumuzu qorusun!

Məhbubə Tahirovadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin yürütdüyünüz müdrik siyasət öz bəhrəsini verir. Heç vaxt münaqişənin sülh və danışıqlar yolu ilə həllində maraqlı olmayan ermənilər hazırda cəbhədə apardığımız müharibədə dövlətimizin, xalqımızın, Ordumuzun gücünə bələd olurlar. Özlərinin bizim qarşımızda nə qədər aciz və zəif olduqlarını yaxşı başa düşürlər. Sizin uzaqgörən siyasətiniz nəticəsində dövlətimizin siyasi və iqtisadi baxımdan inkişafı Ordumuzun da güclənməsinə səbəb oldu. Vətən müharibəmizdə müzəffər Ali Baş Komandanımızın və güclü Ordumuzun sayəsində biz qalib gəlirik. İnşallah, işğal altındakı bütün torpaqlarımızı, Qarabağımızı tezliklə düşməndən geri alacağıq.

Hörmətli Prezidentimiz, Siz Azərbaycanımızın baş tacısınız. Azərbaycan xalqı Sizinlə fəxr edir, hər zaman Sizin arxanızdadır. Bu haqlı savaşımızda bizə mənəvi dəstək olduğu üçün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğana da təşəkkür edir, qarşısında baş əyirəm.

Cənab Prezident, bir vətəndaş kimi Sizdən xahişim var, istərdim ki, erməni vandalları tərəfindən Gəncədə, Bərdədə və digər bölgələrimizdə raket hücumu nəticəsində dağıdılmış yaşayış yerlərində erməni terrorunun qurbanlarının xatirəsini əbədiləşdirmək üçün park salınsın və abidə ucaldılsın. Bizdən sonra gələn gənc nəsil də erməni terrorunu daim xatırlasın.

Əziz Prezidentim, mən Sizinlə qürur duyuram. Siz Azərbaycanın fəxrisiniz. Vətənimiz, xalqımız üçün yorulmaz fəaliyyətinizə görə Sizə öz təşəkkürümü bildirirəm, qarşınızda baş əyirəm.

Qələbə bizimdir!

Qarabağ Azərbaycandır!

  • Çingiz Rzayev
    Noyabr 8, 2020 - 21:42

    Mən dünyada erməni millətindən şərəfsiz hiyləgər alçaq pezəvəng bir millət tanımıram.Onlar o qədər namussuzdur ki Qarabağda döyüşən pkk terrorçularına erməni qızlarını gətirirlər ki qoy həvəslə döyüşsünlər. Onların terrorçuluq qanındadır. Bütün dünyada Azərbaycan və Türk konsulluqlarına Türk restoranlarına necə hücum etdikləri göz qabağındadır.
    Hətta rus tarixi mənbələrində Qara dənizdə baş verən Rus-Türk müharibəsində rus tərəfdən döyüşüb gəbərən ermənilərin adlarını götürüb yazıblar ki güya sözdə erməni soyqırımı zamanı gəbərən erməni dığalarıdı.
    Hətta rus tarixi mənbələrində yazır ki rus generalları həmin müharibədə iştirak edən ermənilərin ön cəbhədən geri çəkilməsi üçün Moskvaya müraciət edirlər. Çünki Generallar deyir ki bizim tutduğumuz türk torpaqlarında erməni əsgərlər yerli əhaliyə (türklərə) qarşı çox amansızdılar, qadın və uşaqları işgəncə verərək öldürərlər.
    erməni terrorçuları bax belədir. Hamımızın gözü qarşısında Xocalıda Zəngilanda Qubadlıda Kəlbəcərdə nə vəhşiliklər törətdilər. Xocalı Soyqırımı dünyada misli bərəbəri olmayan bir soyqırımdır. Ona görə də Qarabağda hətta Qafqazda erməni terrorizminin kökü kəsilməlidir.ermənilər Rusiya imperiyasının təşəbbüsü ilə Qafqaza livandan suriyadan 1830-u illərdən köçürülüb və nəhayət 1918-ci ildə Irəvan xanlığı ermənilərə başqa torpaq iddia etməmək şərti ilə verilib. Ardınca da Rusiya imperiyasının təşəbbüsü ilə Zəngəzur Göyçə Mehri verildi və Qarabağa da Azərbaycan tərkibində Muxtariyyət verildi
    Zəngəzur Göyçə Mehri tarixi Azərbaycan torpaqlarıdlr. Biz o torpaqları Rusiya imperiyasının təsiri altında ermənilərə vermişik.O torpaqlar Azərbaycana qaytarılmalıdır.
    erməni baş bilənləri o qədər hiyləgərdir ki erməni millətini də iyrənc bir ruhda tərbiyə ediblər.ermənilər başa düşməlidir ki onların heç vaxt torpağı olmayıb.ermənilər qaraçılar kimi orda burda yaşayıb və harda yaşayıblarsa orda da təxribat və ya terrorçuluqla məşğul olublar.İndiyə qədər bu alçaq ermənilərə Rusiya Fransa İran ABŞ hər cür yardım silah verməsəydi onlar bu qədər qudurmazdılar. erməni diasporları bir mafiyadı terror qruplaşmasıdı.
    Xaricdə deputatları jurnalistləri ölümlə hədələyirlər bəzən də öldürərlər. hətta prezidentlərə təsir edə bilirlər
    ermənilər kütləvi məhv edilməlidir.
    Allah bizimlədir tezliklə Qarabağ erməni işğalından azad ediləcək.Mən bu Vətən müharibəsində Cənab Prezidentimizi Muxtar Səqəfiyə bənzədirəm çünki Xocalı soyqırımının qatillərini ardı-ardına məhv edir.Muxtar da Kərbəla qatillərini öldürərək İmam Hüseynin intiqamını almışdı.
    Yaşasın:Ali Baş Komandanın Cənab İlham Əliyev!
    Yaşasın: Azərbaycan Türkiyə dostluğu
    Qarabağ Azərbaycanın dövlət ərazisidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*