Azərbaycan xalqı Ali Baş Komandanın uğurlu rəhbərliyi altında işğalçı ölkəyə haqq etdiyi zərbəni vurur və inşallah qələbə bayraqlarımızı işğaldan azad olunacaq rayonlara sancacağımız gün uzaqda deyil. Biz döyüş meydanlarında olduğu kimi informasiya savaşında da düşməni əzməli və onun təbliğatını ifşa etməliyik. Amma mənim bəzi deputat həmkarlarımın və ümumiyyətlə politoloq və siyasi içmalşıların son günlər səsləndirdikləri bəzi fikirlərdən narazıyam”
KONKRET.az xəbər verir ki, bu sözləri istiqlalçı millət vəkili Vahid Əhmədov bildirib:
“Ad çəkmək istəmirəm, indi polemika zamanı deyil. Kimlərin son günlər istər atəşkəsə meyllilik, istərsə də Silahlı Qüvvələrimizin qısa zamanda bütün torpaqlarımızı işğaldan azad etməsi cəhdlərinin riskli olması barədə çıxışları ictimaiyyətə bəllidir. Bu gün millət bir nəfər kimi ayaqda və hamı Ali Baş Komandanın qətiyyətli açıqlamalarından, qardaş ölkənin misilsiz mənəvi dəstəyindən inanılmaz ruh yüksəkliyi içərisindədir. Heç təsadüfi deyil ki, prezident “Əl Cəzirə”yə dünənki müsahibəsində, eləcə də ermənipərəst Makronla Fransa prezidentinin təşəbbüsü ilə baş tutan telefon danışığında da qətiyyət nümayiş etdirərək heç bir halda atəşkəsə gedilməyəcəyi, yalnız işğalçıların torpaqlarımızdan çıxacağı halda ordumuza dayanmaq əmri verəcəyini bildirdi. Onun bu açıqlamaları hər birimizi qürurlandırdı və 30 ilə yaxın davam edən bu işğala son qoyulacağına ümummilli inamı artırdı. Belə bir ruh yüksəkliyi və milli birlik şəraitində kimsə səlahiyyət həddindən sui-sitifadə edərək münəccimlik etməsin və Ali Baş Komandanın hər kəsin ürəyindən xəbər verən barışmaz mövqeyini dəstəkləsin”. /Moderator.az
