Prezidentliyə namizədin qətlinə görə məsuliyyəti cinayətkar dəstə öz üzərinə götürdübackend

Prezidentliyə namizədin qətlinə görə məsuliyyəti cinayətkar dəstə öz üzərinə götürdü

Ekvadorun ən böyük cinayətkar dəstələrindən olan Los Lobos prezidentliyinə namizəd Fernando Villavisensionun qətlinə görə məsuliyyəti öz üzərinə götürüb.

KONKRET.az xəbər verir ki, bu barədə Kolumbiyanın “Semana” jurnalı məlumat yayıb.

Məlumatda bildirilib ki, cinayətkarlar belə bir addım atmağa səbəb kimi “vədlərin yerinə yetirilməməsi”ni və korrupsiyanı göstəriblər. Nəşr sosial şəbəkələrdə yayımlanan videoya istinad edir. Həmin kadrlarda əllərində silah olan 20-yə yaxın kişi təsvir olunub. Onlar Villavisensionun qətlinə görə məsuliyyəti öz üzərlərinə götürdüklərini bildirirlər.

Jurnalın qeyd etdiyi kimi, Los Lobos dəstəsi digər siyasətçiləri, xüsusən də “Qorxusuz ölkə naminə” alyansı tərəfindən namizədliyi irəli sürülmüş Yan Topekanı da hədələyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*