Putin Abenin dəfn mərasimində iştirak etməyəcəkbackend

Putin Abenin dəfn mərasimində iştirak etməyəcək

“Rusiya prezidenti Vladimir Putin Yaponiyanın öldürülən keçmiş baş naziri Sindzo Abenin dəfn mərasimində iştirak etməyəcək”.

KONKRET.az “lenta.ru”ya istinadən xəbər verir ki, onun mərasimdə mümkün iştirakını Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov şərh edib.

Peskov həmçinin izah edib ki, dəfn mərasimində Rusiya nümayəndələrinin iştirakı protokol qaydalarından asılıdır.

Xatırladaq ki, Abenin dəfn mərasimi iyulun 12-də Tokio ərazisində keçiriləcək.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*