Putin bağlı qapı arxasında ad çəkdi: “Bu ölkələri də işğal edə bilərik” – Sensasiyabackend

Putin bağlı qapı arxasında ad çəkdi: “Bu ölkələri də işğal edə bilərik” – Sensasiya

Rusiya və Ukrayna arasında müharibə şiddətləndiyi vaxt Vladimir Putinin 2014-cü ildə gələcəkdə işğal edəcəyi 5 Avropa Birliyi ölkəsini siyahıya əlavə etdiyi üzə çıxıb.

KONKRET.az xəbər verir ki, alman mətbuatında yer alan xəbərdə Ukraynanın 2014-cü ildə AB-yə üzv olmaq istədiyini açıqlamasından sonra Putinin həmin ilin sentyabrında bağlı qapılar arxasında keçirilən görüşlərdə 5 ölkəni işğal edəcəyi ilə hədələdiyi bildirilib.

Xüsusilə, o zaman Ukrayna rəhbərinə xəbərdarlıq edilən ölkələrin Polşa və Rumıniya, həmçinin Estoniya, Latviya və Litva olduğu deyilib.

“Suddeutsche Zeitung” qəzeti Putinin Ukraynanın o zamankı prezidenti Pyotr Poroşenkoya bu barədə xəbərdarlıq etdiyini yazıb.

“Mən istəsəm, rus ordusu təkcə Kiyevi yox, Riqa, Vilnüs, Tallin, Varşava və Buxaresti iki günə işğal edə bilər”, – Putin Poroşenkoya deyib.

Latviyalı diplomat və Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovkis də bundan əvvəl “Politico”ya Putinin hücumlarının genişlənə biləcəyinə işarə edib.

“Putin Ukraynadan qələbə ilə ayrılsa, hərbi hədəflərini artırıb Baltikyanı ölkələr – Litva, Latviya və Estoniyaya hücum edə bilər. Ukraynanı dəstəkləməsək, bu müharibə orada dayanmayacaq”, – diplomat söyləyib. Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*