Putin bunu da edəcək: Rusiyada böyük rus divarı tikiləcəkbackend

Putin bunu da edəcək: Rusiyada böyük rus divarı tikiləcək

Rusiya prezidenti Vladimir Putinə təklif edilib ki, böyük Çin səddinin Rusiyada analoqu tikilsin.

KONKRET.az xəbər verir ki, müvafiq bəyanat dövlət başçısının Lipetsk vilayətinin Usman şəhərində ictimaiyyətin nümayəndələri ilə görüşündə verilib.

Görüşün yayımı “Komsomolskaya pravda”nın YouTube kanalında aparılıb.

Qeyd olunur ki, yerli elmi təşkilatın prezidenti Aleksandr Bsudnov Rusiya liderinə belə bir təkliflə müraciət edib. O dəqiqləşdirib ki, qurğunun tikilməsi üçün Belqorodun quraqlıq çöllərindən istifadə etmək olar.

Putin təklifi maraqlı adlandırıb və müvafiq qurumlardan təşəbbüslərin perspektivlərini, eləcə də layihənin mümkün maliyyələşdirilməsini nəzərdən keçirməyi vəd edib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*