“Putin dəli olub, onun yeni hədəfi Baltikyanı ölkələr olacaq” – Rusiyalı oliqarxbackend

"Putin dəli olub, onun yeni hədəfi Baltikyanı ölkələr olacaq" - Rusiyalı oliqarx

“Putinin beynindəki müharibə əslində Ukrayna ilə deyil, ABŞ və NATO ilədir. Mən tam əminəm ki, əgər Putin Ukraynada qalib gəldiyinə qərar verərsə, bu, sonuncu müharibə olmayacaq. Növbəti addım Baltikyanı ölkələr olacaq”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu mühacirətdə olan rusiyalı oliqarx Mixail Xodorkovski CNN telekanalına müsahibəsində bildirib.

Rusiyalı oliqarx hücumların arta biləcəyindən narahatlığını ifadə edib və Ukraynanın işğala qarşı müqavimətinin Putini dəli etdiyini deyib.

Xatırladaq ki, Xodorkovski bu yaxınlarda Londonda rus oliqarxlarına “Putinə qarşı birləşməyə çağırış” bəyanatı vermişdi . Qeyd edək ki, Rusiyanın keçmiş neft maqnatı Mixail Xodorkovski 2003-cü ilə qədər Rusiyanın ən varlı adamı sayılırdı. Siyasi səbəblərə görə Putindən ayrılan oliqarx maliyyə ittihamları ilə üzləşib və 9 il müddətinə azadlıqdan məhrum edilib. 2013-cü ildə həbsdən çıxan Xodorkovski o vaxtdan bəri Kreml və Putini tənqid etməsi ilə diqqət çəkir.

İqbal Rzayev,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*