Putin Ərdoğan və xanımının tezliklə sağalmasını arzuladıbackend

Putin Ərdoğanxanımının tezliklə sağalmasını arzuladı

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və həyat yoldaşına koronavirusdan tez sağalmasını və uzun illər sağlamlıq diləyib.

KONKRET.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

“Hörmətli cənab Prezident, əziz dostum, mən sizi və xanımınızı ürəkdən dəstəkləmək istərdim. Əminəm ki, həyati enerjiniz və xoş əhval-ruhiyyəniz virusun öhdəsindən ən qısa zamanda gəlməyə kömək edəcək”, – Kremlin saytı Putindən sitat gətirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan koronavirusa yoluxub. Ərdoğanda koronavirusun “omikron” ştamı aşkarlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*