Putin Kadırovun həyat yoldaşına “Qəhrəman ana” adı verib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın hüquqi informasiya internet portalında məlumat verilib. Bildirilir ki, Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovun həyat yoldaşı Medni Kadırovaya “Qəhrəman Ana” titulu verib.
“Ailə institutunun möhkəmləndirilməsində və uşaqların tərbiyəsində böyük xidmətlərinə görə Kadırova Medni Musayevna “Qəhrəman Ana” adı verilsin”, – Rusiya Prezidentinin sərəncamında deyilir.
Qeyd edək ki, Vladimir Putin bu titulu ilk dəfədir verir.

Xuraman Etibarlı,
KONKRET.az
