Putin Makronu yenidən prezident seçilməsi münasibətilə təbrik edib.
KONKRET.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Prezident Vladimir Putin yenidən Fransa prezidenti seçilən Emmanuel Makrona təbrik teleqramı göndərib.
Kremlin mətbuat xidməti Putinin teleqramından sitat gətirib:
“Sizə səmimi qəlbdən dövlət fəaliyyətinizdə uğurlar, o cümlədən cansağlığı və firavanlıq arzulayıram”.
Xatırladaq ki, Makron 2017-ci ilin mayından Fransaya rəhbərlik edir. 2022-ci ilin yazında o, iki turda prezident seçkilərində qalib gəlib.
Xuraman Etibarlı,
KONKRET.az
