“Putin müharibədəki uğursuzluqlara görə Şoyqunu tənqid edir və vəzifədən uzaqlaşdırmağa hazırlaşır” – ISWbackend

"Putin müharibədəki uğursuzluqlara görə Şoyqunu tənqid edir və vəzifədən uzaqlaşdırmağa hazırlaşır" - ISW

Putin müharibədəki məğlubiyyətin günahlarını Şoyqunun üzərinə atmaqla onu vəzifəsindən azad etməyə hazırlaşır.  İndi Kreml rəhbəri təhlükəsizlik qüvvələri arasında dəstək axtarır, öz mövqelərini möhkəmləndirməyə çalışır.

KONKRET.az xəbər verir ki, bu barədə Amerika Müharibəsi Araşdırma İnstitutu (ISW) məlumat yayıb.

Təhlilçilər deyirlər ki, “qismən” səfərbərlik və cəbhədəki uğursuzluqlarla bağlı artan tənqidlər Rusiya Prezidenti Vladimir Putini günahı müdafiə naziri Sergey Şoyqunun üzərinə atmağa vadar edir.

Putin çərşənbə günü verdiyi fərmanla bütün tələbələrin, o cümlədən qiyabi oxuyanların və bakalavrların səfərbər edilməsini təxirə salıb. O, Müdafiə Nazirliyinin səfərbərliyə tabe olmayan siyahılar üzrə normativ bazaya vaxtında dəyişiklik etmədiyini açıq şəkildə bildirib və düzəlişlərin edilməsini tələb edib.

Kreml rəhbəri, görünür, Şoyqunu Ukraynaya uğursuz işğala görə günahı öz üzərinə götürməyə çağırır.

Analitiklər qeyd edirlər ki, Putin hərbi uğursuzluqlarda onu ittiham etməyə davam etmək və ilk növbədə təhlükəsizlik qüvvələri arasında olan digər qrupların dəstəyini almaq üçün bacardığı qədər Şoyqunu işdən çıxarmaqdan çəkinəcək.

Şoyqunu əvəzləyən nazir vəzifəyə başlayandan sonra o, baş verəcək uğursuzluqlara görə məsuliyyət daşımalı olacaq.

Ekspertlərin fikrincə, Putin artıq milliyyətçi bloqçular və təhlükəsizlik rəsmiləri, məsələn, Vaqner PMC-nin təsisçisi Yevgeni Priqojin və general-polkovnik rütbəsinə yüksəlmiş Ramzan Kadırov arasında dəstəyini artırmağa çalışır.

Eyni zamanda, Rusiya hakimiyyət orqanları müharibə tərəfdarı olan bir neçə Telegram kanalının menecerini saxlayıblar ki, bu da Kremlin Rusiyanın yerli media məkanında icazə verilən tənqidlərə məhdudiyyətlər qoyduğunu göstərir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*