Putin niyə yəhudini seçdi? – Yeni müdafiə naziri ilə bağlı müzakirələr bitmirbackend

Putin niyə yəhudini seçdi? – Yeni müdafiə naziri ilə bağlı müzakirələr bitmir

Məlum olduğu kimi, Rusiya prezidenti Vladimir Putin ölkənin müdafiə naziri Sergey Şoyqunu vəzifəsindən azad edib. Putin Şoyqunun əvəzinə Rusiya Baş nazirinin birinci müavini olan iqtisad elmləri doktoru Andrey Belousovu təyin edib.

Xatırladaq ki, Belousov Rusiya prezidentinin şəxsi iqtisadçısı idi. Müharibə edən ölkədə hərbi rütbəsi olmayan şəxsin müdafiə naziri postuna təyin edilməsi hansı səbəblərlə izah oluna bilər?

Bəzi iddialara görə, Putin bu addımı hərbiyönümlü maliyyə vəsaitlərinə tam nəzarəti təmin etmək məqsədilə atıb. Digər mülahizələrə görə isə Putin bütün iqtisadiyyatı tamamilə və geriyə dönüşü olmayacaq şəkildə hərbi vəziyyətə keçirmək qərarı verib.

Bundan başqa, yeni müdafiə nazirinin əslən yəhudi olduğu deyilir. Bu baxımdan Putinin son qərarı marağa səbəb olub. Eyni zamanda son günlər ABŞ-nin İsrailə yönəlik hədələri, İsrailə yardım etməyəcəyini bildirməsi fonunda Putinin yəhudiəsilli şəxsə mühüm post verməsi müzakirələrə səbəb olub.

“Şoyqu da rus deyildi”

Mövzunu KONKRET.az -a şərh edən politoloq Elçin Xalidbəyli bildirib ki, Belousovun Rusiya müdafiə naziri postuna təyinatında beynəlxalq proseslərin hər hansı təsirinin ola biləcəyi inandırıcı görünmür:

“Çünki Belousovdan öncəki müdafiə naziri Sergey Şoyqu da milliyətcə rus deyildi, o, Tuva türküdür. Üstəlik, Putin onu da tamamilə kənara itələmədi və Təhlükəsizlik Şurasının katibi təyin etdi. Yəni, bu, sadəcə yerdəyişmədir. Burada maraqlı olan cəhət ə Belousovun milliyətçə yəhudi olmasından daha çox, onun karyerası ərzində mülki vəzifələrdə çalışmasıdır. Çünki Belousov bu günə qədər Rusiya baş nazirinin müavini vəzifəsində çalışıb və indi ölkənin hərbi sektoruna rəhbərlik edəcək. Bu, olduqca diqqətçəkən məqamdır”.

Niyə Belousov?

Politoloqun sözlərinə görə, ümumiyyətlə, Rusiya kimi dövlətlərdə vəzifələrə təyin olunarkən həmin insanların milliyətlərindən daha çox yetişdikləri siyasi sistem önəm daşıyır:

“Belousov da milliyətindən asılı olmayaraq, Rusiya siyasi sisteminin yetirməsidir və bu ölkənin maraqlarına sadiq şəxsdir. Ona görə də Rusiyanın bu məsələdə ABŞ-nin davranışlarını nəzərə alması ilə bağlı ehtimal o qədər də inandırıcı görünmür. Böyük ehtimalla, Putin öz siyasi komandasında yeni nəfəs gətirmək və ümumiyyətlə, idarəçilik ənənələrində müəyyən dəyişliklik etmək kimi bir niyyət güdmüş ola bilər”.

Yeganə

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*