Putin Tramp, Allahşükür Paşazadə və Netanyahuya rəqib oldubackend

Putin Tramp, Allahşükür Paşazadə və Netanyahuya rəqib oldu

Rusiya Prezidenti Vladimir Putin gələn il üçün Nobel Sülh Mükafatına namizəd göstərilib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.

Mənbə bildirir ki, yazıçı Sergey Komkov 9 sentyabrda Osloda yerləşən Nobel Komitəsinə bir ərizə göndərib.

“Ərizə bu il 9 sentyabrda göndərildi və 10 sentyabrda müraciət Nobel Komitəsinin Oslodakı qərargahında Nobel Sülh Komitəsi tərəfindən qəbul edildi”. Komkov mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putinin 2021-ci ildə Nobel Sülh Mükafatına namizəd göstərilməsi haqqında belə deyib.

Akademikin sözlərinə görə, qeyd olunan məktubun təqibini yaxından izləyib.

Komkov namizədlik üçün müraciətlərin sentyabr ayında başlayacağını və oktyabr ayında sona çatdığını söyləyib. Mart ayına qədər komitə onlara baxacaq və mart-aprel aylarında təkliflərini göndərən hər kəsə ərizənin qəbul edildiyi, baxıldığı və qeydiyyata alındığı barədə məktublar göndəriləcək.

Sülh Mükafatı 19-cu əsrin sonunda İsveçli sənayeçi və ixtiraçı Alfred Nobel tərəfindən miras qoyulan beş mükafatdan biridir. Barışa verdiyi üstün töhfələrə görə bir şəxsə və ya bir təşkilata verilir.

Qeyd edək ki, adıçəkilən mükafata Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə, ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Binyamin Netanyahunun da namizədliyi irəli sürülüb.

Babək Göyüş                       

KONKRET.az

  • Omer
    Sentyabr 24, 2020 - 15:08

    Eger bunlardisa weyximizi hokmen qalib olacaq. Netanyahu ve Butinin sulhnen hec bir elaqesi yoxdu. Trampla mubarizede yeqinki sey e ustunluk veferler. Halal olsun. Ugurlar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*