Rusiya prezidenti Vladimir Putin Ukraynanın danışıqlara sürətlə getməli olduğunu bildirib.
KONKRET.az xəbər verir ki, Kiyev dialoqdan uzun müddət yayınsa, onun gələcəkdə Moskva ilə razılıq əldə etməsi bir o qədər çətin olacaq. Beləliklə, Kreml NATO-nu daha bir tələyə salıb.
Bu barədə “Focus” nəşri məlumat yayıb:
“Moskvanın Qərbə təzyiq edə biləcəyi üç rıçaq var. Birinci hiylə Kiyevlə sülh danışıqlarıdır, ikincisi qaz, üçüncüsü isə tərəfdaşlardır. Kollektiv Qərb Moskvanı iqtisadi və diplomatik cəhətdən təcrid etməyi planlaşdırırdı. Lakin xüsusi əməliyyat başlayandan 4 ay sonra bu planın iflasa uğradığı bəlli oldu. Beləliklə, Moskva “G20”nin nazirlər sammitində iştirak etdi. Burada bir çox dövlətlər Rusiyanı tənqid etmədilər, əksinə Moskvanın tərəfdaşı olaraq qaldılar” – müəllif yazıb.
“Mavi yanacaq Kremlin növbəti rıçaqına çevrilib. Moskva qaz kəmərinin planlı təmirə ehtiyacı olduğu üçün onun işini müvəqqəti dayandıracağını bildirib. Eyni zamanda planlaşdırılan işin iki həftəyə bitib-bitməyəcəyi məlum deyil. Qərb isə Rusiyadan idxal edilən mavi yanacaqdan asılıdırlar. Ona görə də boru kəmərinin fəaliyyətini davam etdirəcəyinə ümid bəsləyirlər”.
“Üçüncü tələ danışıqlardır. Putinin sözlərinə görə, Rusiya sülh sazişinə hazırdır. Lakin Qərbə və Ukraynaya bu danışıqları gecikdirməyi tövsiyə etmir. Əks halda, razılaşmaq getdikcə çətinləşəcək. Beləliklə, Rusiya prezidenti “xarici tərəfdaşlara” işarə verdi ki, sanksiyalar ləğv edilməli və Moskva ilə münasibətləri yaxşılaşdırmağa cəhd göstərilməlidir. Müvafiq olaraq, Putin Ukrayna ilə bağlı məsələdə NATO üçün üç xoşagəlməz tələ hazırlayıb” – müəllif fikirlərini tamamlayıb.
Xatırladaq ki, Rusiyanın Ukraynada xüsusi əməliyyatı fevralın 24-də başlayıb. Kremlin açıqladığına görə, onun məqsədi Ukraynanın denazifikasiyası və demilitarizasiyasıdır.
Müşviq Tofiqoğlu,
KONKRET.az

Россия хочет вызвать голод в мире, чтобы давить на Украину и ЕС:
https://tiny.cc/RusFamine