Putin Zelenski ilə yaxın həftələrdə GÖRÜŞƏ BİLƏR – Podolyakbackend

Putin Zelenski ilə yaxın həftələrdə GÖRÜŞƏ BİLƏR - Podolyak

Putin-Zelenski görüşü razılıq yekunlaşdıqdan sonra, ola bilsin ki, yaxın həftələrdə baş tuta bilər.

KONKRET.az xəbər verir ki, bu barədə Polşa KİV-lərinə müsahibəsində Ukrayna prezident aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

Podolyak Zelenski ilə Putin arasında görüşə nə vaxt hazırlaşacaqlarını cavablandırıb.

Bu, tərəflərin işğal olunmuş Donbasla bağlı razılaşmalarından asılıdır.
Ukrayna Prezidenti Vladimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüşün təşkili üzərində iş işğal altındakı Donbasın Ukraynaya verilməsi düsturunu tapdıqdan sonra baş tutacaq.

Eyni zamanda ondan Donetsk və Luqanskın Ukraynanın nəzarəti altına qaytarılması imkanının nəzərdən keçirilib-keçirilmədiyi soruşulub.

“Danışıqlar davam edir. Biz hüquqi düstur axtarırıq. O, tapıldıqda, Ukrayna və Rusiya prezidentləri xüsusi görüşdə danışıqları davam etdirəcəklər”, – Podolyak vurğulayıb.

Ondan Zelenskinin Putinlə harada və nə vaxt görüşə biləcəyi də soruşulub.

“Şərtlə bağlı işi başa vuran kimi görüş təşkil etməyə başlayacağıq. Bu, növbəti həftələrin mövzusu olacaq. Amma yer bizim üçün önəmli deyil. Rusiyadan başqa hər yer mümkündür”, – Podolyak deyib.

Ondan belə bir görüşü necə təsəvvür etdiyi də soruşulub.

“İndiki mərhələdə biz belə detalları nəzərə almırıq. Müqavilənin təməli üzərində işləri başa çatdırdıqdan sonra prezidentlərin görüşü zamanı uyğun davranış modelinin necə olacağını düşünəcəyik. Əl sıxmaq bizim ən az problemimizdir”, – Podolyak vurğuladı.

Bundan əlavə, ondan müqavilənin imzalanmasının gələcəkdə Putini aqressiyadan saxlayacaqmı sualı da verilib.

“Əlbəttə yox. Rusiya təcavüzkar olub və olacaq. Ekspansiya onların yeganə ideologiyasıdır və təbii ki, onlar bundan əl çəkməyəcəklər. Əminik ki, Putin böyük güc siyasətini davam etdirəcək. Biz Rusiyanı dayandıra bilərdik, amma bu müharibədə heç kim Ukraynaya kömək etmək istəmir. Qərbdə getdikcə belə söhbətlər gedir: “Hər şey o qədər də ağ-qara deyil. Ola bilsin ki, bəzi sanksiyaları ləğv edək”.

“Bu arada Rusiya şəhərlərimizi ardıcıl olaraq bombalayır. Çerniqov, Xarkov, Sumı və bir çox başqa şəhərlər sadəcə olaraq yox olmaq üzrədir. Daha neçə ukraynalı ölməlidir? Kiminsə xoşuna gəlmirsə, zəhmət olmasa, yanımızda durun və vuruşun – Polşa, Fransa və ABŞ ordusunu dəvət edirik. Ya da Ukraynanın səmasını bağlayın. O zaman biz Putinlə danışıq aparmayacağıq, sadəcə vuruşacağıq”, – Podolyak vurğulayıb.

Məlumata görə, bu gün, martın 17-də Podolyak Ukrayna və Rusiya arasında sülh sazişinin hazırlanmasında mübahisəli məsələlərin razılaşdırılmasının bir neçə gündən bir həftə yarıma qədər vaxt aparacağını təklif edib.

“Tərəfdaşlarımızın, o cümlədən Polşanın da dolayısı ilə iştirak etdiyi işlənməsində sülh sazişinin əsas aspektlərindən biri dərhal atəşkəs və konkret, hüquqi cəhətdən təsdiqlənmiş plana uyğun olaraq Rusiya qoşunlarının Ukrayna ərazilərindən dərhal çıxarılmasıdır. Bundan əlavə, gələcəkdə Ukraynanın şərtlərinin yerinə yetirilməsinə və təhlükəsizliyinə zəmanət verən xarici dövlətlərdir. Bu, Rusiyanın təkrar təcavüzü halında nə edəcəyini təfərrüatlandıran sənəd – Avropada tamamilə yeni təhlükəsizlik sisteminin yaradılması üçün əsas yarada biləcək innovativ düstur olacaq”, – deyə Podolyak əlavə edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*