Putindən 8-17 yaş arası ruslar üçün yeni QƏRARbackend

Putindən 8-17 yaş arası ruslar üçün yeni QƏRAR

Putin 8-17 yaş arası uşaqlara yeni ödənişlərin təyin edilməsi haqqında fərman imzalayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya prezidenti hökumətin tezliklə sosial müavinətlərin, pensiyaların və yaşayış minimumunun artırılması ilə bağlı qərar verəcəyini açıqlayıb. Dünən isə  dövlət başçısı sosial dəstəyə ehtiyacı olan 8-17 yaş arası uşaqlar üçün nağd pul ödəməsinin müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

Hansı ailələr bu yardımı ala biləcək?

Müavinət ailəsinin gəliri adambaşına düşən yaşayış minimumundan çox olmayan ailələrə veriləcək. Bu sosial dəstəyin məbləği Rusiyanın kəndlərindən olan uşaqlar üçün yaşayış minimumunun 50 faizini təşkil edəcək.

Ailənin hər bir üzvü üçün adambaşına düşən orta gəlir yaşayış minimumundan artıq olmadıqda, aylıq ödəniş 75 faiz dərəcəsi ilə müəyyən olunacaq. Yaşayış minimumu daha da aşağı olarsa, ödəniş 100 faiz məbləğində təyin ediləcək.

Çuvaşiyada bir uşaq üçün yaşayış minimumu 10 433 rubl təşkil edir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*